ABŞ-da yaşayan Roy Kon adlı şəxsin boy uzatma əməliyyatı etdirməsi mediada gündəm olub.
Belə ki, boyu 1,70 santimetr olan 68 yaşlı Kon boyunu uzatmaq istədiyi üçün cərrahiyyə əməliyyatı olub.
Kon bunun üçün 130 min funt sterlinq ödəyib. Əməliyyatdan sonrakı 3 aylıq bir prosesdə 9 düym böyüyən Kon qatıldığı bir proqramda "70 yaşına yaxınlaşan xoşbəxt evli kişi niyə belə ağrılı əməliyyat keçirsin?" sualına belə cavab verib:
"Boyumun qısa olması mənim üçün böyük problem deyildi. Düzdür, həyatımda əvvəllər də bu əməliyyatı etdirməyə imkanım var idi. Həyat yoldaşım məndən çox narahat idi, məni olduğum kimi sevirdi. Amma mən bu əməliyyatı başqaları üçün deyil, özüm üçün istəyirdim".
"Əvvəlcə çox çətin idi, olduqca ağrılı idi. Amma mən bunun öhdəsindən gəldim” – deyə o əlavə edib.
Mənbə: Tgrt haber