“Bu gün biz 50 rus döyüşçümüzü Ukrayna zindanlarından geri qaytarırıq”.
Bunu Donetsk Xalq Respublikasının rəhbəri Denis Puşilin "Telegram" kanalında yazıb.
Onun sözlərinə görə, eyni sayda əsasən VES əsgəri Ukrayna tərəfinə qaytarılıb.
Ukrayna və Rusiya tərəfləri arasında sonuncu mübadilə dünən, noyabrın 23-də baş tutub. Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə, 35 rusiyalı hərbçi Ukrayna əsirliyindən geri qaytarılıb. Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak bir mülki və 35 hərbçinin geri qayıtdığını açıqlayıb.
Bundan əvvəl mübadilə noyabrın 3-də baş tutub və 107 hərbi əsir Rusiya və Ukraynaya qayıdıb.
Mənbə: Kommersant