​Ceyhun Bayramov Laçın dəhlizi ilə bağlı Ermənistana xəbərdarlıq edib

​Ceyhun Bayramov Laçın dəhlizi ilə bağlı Ermənistana
17:45 24.11.2022
103 Siyasət
A- A+

Minalar Laçın dəhlizi vasitəsilə gətirilərək Azərbaycan ərazilərində basdırılıb.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

XİN rəhbəri qeyd edib ki, bu, üçtərəfli bəyanatda dəhlizin istifadə məqsədlərinə ziddir və buna son qoyulmalıdır.

Nazirin sözlərinə görə, Ermənistanın üçtərəfli bəyanatla bağlı destruktiv addımları qəbuledilməzdir.