Braziliya millisinin hücumçusu Neymar topuq nahiyəsindən zədə
alıb.
Hadisə dünən DÇ-2022-nin Serbiyaya qarşı oyununda (2:0) baş verib. Hücumçu bu səbəbdən 79-cu dəqiqədə Antoni ilə əvəzlənin.
Braziliya millisinin həkimi Rodriqo Lasmar Neymarın durumu barədə danışarkən deyib: “Neymar sağ topuğu burxulub. Neymarda şişlik var idi və dərhal ilkin tibbi yardım göstərdik. Onunla bağlı durum müayinı və sonra fizioterapiyadan sonra aydınlaşacaq. müalicəsi və müşahidə. 24-48 saat gözləməliyik”.
Braziliyanın bəzi media qurumları DÇ-2022-də 30 yaşlı hücumçunun bundan sonra iştirakının sual altında olduğunu yazıb. Braziliya millisinin baş məşqçisi Tite isə bununla bağlı deyib: “Neymarın dünya çempionatında oynayacağına əmin ola bilərsiniz. Mən buna tam əminəm”.