​Telefon bazarında qiymət artımına səbəb nədir? - İqtisadçı AÇIQLADI

​Telefon bazarında qiymət artımına səbəb nədir? -
12:18 25.11.2022
A- A+

“Dünya bazarında elektronika məhsullarının qiymətlərindəki artım Azərbaycana idxal edilən məhsulların qiymətlərinə də təsirsiz ötüşmür. Biz praktik olaraq, bu məhsulların qiymətlərində artım müşahidə edirik”.

Sulh.info.az xəbər verir ki, bu sözləri Azərbaycanda mobil telefonların qiymətində müşahidə olunan artımla bağlı saytımıza açıqlamasında iqtisadçı ekspert, deputat Vüqar Bayramov bildirib:

“O cümlədən, mobil telefonların da qiymətlərində artımlar var. Nəzərə alsaq ki, Azərbaycan həmin məhsulları idxal edir, son dövrlər idxalda rüsum və vergilərin dəyişilməsi ilə bağlı heç bir plan həyata keçirilməyib. Qiymət artımının əsas səbəbi dünya bazarında həmin məhsulların qiymətinin artması və nəticədə idxal inflyasiyasının yaranmasıdır. Təbii ki, bu alıcılıq qabiliyyətinə təsir göstərir. Bu təsir bu gün hiss edilməkdədir.

Bu xüsusilə, yeni istehsal edilmiş mobil telefonların satış dövriyyəsinin müəyyən qədər azalmasına səbəb olacaq. Amma növbəti dövrlərdə qiymətlərin necə dəyişməsi birbaşa dünya bazarındakı vəziyyətdən asılı olacaq. Çünki dünya bazarındakı qiymətlərin dəyişməsi ölkəyə idxal edilən məhsulların qiymətinə birbaşa təsir göstərir”.

Fidan Ali / Sulh.info.az