​"Bu il 24 mln manat büdcə vəsaitinə qənaət ediləcək" Mədəniyyət naziri

​
13:10 25.11.2022
A- A+

2022-ci il üçün dövlət büdcəsindən Mədəniyyət Nazirliyinə ayrılmış vəsaitin 24 mln manatına qənaət ediləcəyi gözlənilir.

Bunu mədəniyyət naziri Anar Kərimov deyib.

O, son iki ilin qənaət rəqəmlərini vurğulayıb: "2020-ci ildə bu qənaət 32,3 mln manat, 2021-ci ildə isə 38,4 mln manat olub. Ümumilikdə, 2020-2021-ci illərdə dövlət büdcəsinə 70,7 mln manat qaytarılıb".