​Əməkhaqqı fondunda 19 faiz artım qeydə alınıb

​Əməkhaqqı fondunda 19 faiz artım
13:40 25.11.2022
191 Sosial
A- A+

Məşğulluq imkanlarının artırılmasına, eləcə də qeyri-rəsmi məşğulluğun leqallaşmasına yönələn kompleks tədbirlər əmək müqavilələrinin sayında artım dinamikasının davam etməsi ilə nəticələnir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən xəbərə görə, bu ilin 10 ayında ölkəmizdə əmək müqavilələrinin sayı 43 min və ya 2,6 faiz artaraq 1 milyon 727 min 909 müqavilə təşkil edib.

Ardıcıl sosial islahatlar, o cümlədən əməkhaqqı islahatları, əmək müqavilələrinin sayında artım dinamikası əməkhaqqı fondunun da davamlı artımına imkan verib.

2022-ci ilin yanvar-oktyabr aylarında əməkhaqqı fondunda 19 faiz artım qeydə alınıb.

Ümumilikdə son 4 ildə əmək müqavilələrinin sayında 30 faiz, əməkhaqqı fondunda 2,2 dəfə artım baş verib.