​Finlandiya və İsveçin NATO üzvlüyü gələn il nəzərdən keçiriləcək

​Finlandiya və İsveçin NATO üzvlüyü gələn il nəzərdən
14:28 25.11.2022
271 Dünya
A- A+

"Macarıstan Finlandiya və İsveçin NATO üzvlüyünü dəstəkləyir və parlament bunu gələn ilin ilk iclasında nəzərdən keçirəcək".

Bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

Macarıstan parlamentinin 2023-cü ildə ilk sessiyasının fevral ayında keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Macarıstan hökumət rəsmiləri əvvəlki açıqlamalarında İsveç və Finlandiyanın NATO üzvlüyü üçün tələb olunan parlament təsdiqinin 2022-ci ildə alınacağını bildirmişdilər.

Mənbə: Trt haber