​Pensiya yaşına çatmadan ölənlərin pulu ailəsinə verilsin - TƏKLİF

​Pensiya yaşına çatmadan ölənlərin pulu ailəsinə verilsin -
14:50 25.11.2022
292 Ölkə
A- A+

“Pensiya yaşına çatmayaraq dünyasını dəyişən insanların sayı çoxdur. Bu, reallıqdır”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

Deputat bildirib ki, artıq yeni mexanizm tətbiq olunmalıdır: “Pensiya yaşına çatmayaraq dünyasını dəyişən insanların öz hesablarına yığdığı, ödədiyi vəsait onun ailə üzvlərinə verilmir. Bu, nə dərəcədə ədalətlidir?”.