​İranlı futbolçular himni oxudu, azarkeşlər fitə basdı

​İranlı futbolçular himni oxudu,
15:07 25.11.2022
196 İdman
A- A+

DÇ-2022-nin 2-ci turunda hazırda Uelslə qarşılaşan İran millisi azarkeşlər tərəfindən fitə basılıb.

Futbolçular oyundan əvvəl səsləndirilən ölkələrinin himnini oxuyublar. Azarkeşlər buna etiraz olaraq komandanı fitə basıb.

Məsələ burasındadır ki, komanda ik turda etiraz əlaməti olaraq dövlət himnini oxumamışdı. Onlar bu jestlə 22 yaşlı Məhsa Əmininin çarşabını çıxardığı üçün polislər tərəfindən öldürülməsinə etiraz etmişdi. Futbolçuların bugünkü oyunda himni oxuması isə azarkeşlərin xoşuna gəlməyib.

Mənbə: Qol.az