Bakıda Azərbaycan və Gürcüstanın xarici işlər nazirlikləri arasında konsulluq məsələləri ilə bağlı məsləhətləşmələrin növbəti raundu keçirilir.
Gürcüstan nümayəndə heyətinə Gürcüstan XİN-in konsulluq departamentinin direktoru Giorgi Tabatadze rəhbərlik edir. Keçirilən iclaslarda Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, həmçinin Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze də iştirak edir.
Mənbə: APA