​Azərbaycanda ŞOK: Həkim məntəqəsində özünü asdı

​Azərbaycanda ŞOK: Həkim məntəqəsində özünü
17:00 25.11.2022
271 Hadisə
A- A+

İsmayıllı rayonunda intihar hadisəsi baş verib.

Hadisə rayonun Basqal qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, keçmiş məhkum 37 yaşlı Elvin Mehrab oğlu Mirzəyev həkim məntəqəsinin istifadəsiz otağında özünü asıb.

İntiharın səbəbləri məlum deyil.

Qeyd edək ki, faktla bağlı İsmayıl Rayon Prokurorluğunda araşdırma aparılır.