​Nigeriyada silahlı hücum: 60 nəfəri qaçırdılar

​Nigeriyada silahlı hücum:
16:58 25.11.2022
231 Dünya
A- A+

Nigeriyanın Zamfara əyalətinin Kaura Namoda bölgəsində keçirilən Mövlud Kandili tədbirinə silahlı basqın edilib.

Şahidlərin sözlərinə görə, motosikletçilər atəş açdıqdan sonra əksəriyyəti qadınlar olan 60 nəfəri qaçırıblar.

Həyat yoldaşı basqında qaçırılan Əbdülkərim Haruna verdiyi açıqlamada “Burada hər gün biri öldürülür, ya da qaçırılır. Xahiş edirəm, hökumət tədbir görsün və ya ədaləti təmin etsin”, - deyə bildirib.

Əksəriyyəti müsəlman olan Nigeriyanın şimal əyalətlərində Mövlud Kandili noyabrın sonuna qədər qeyd olunur.

Mənbə: Milliyet