​Azərbaycanın Niderlanddakı səfiri Ermənistanın hərbi cinayətləri barədə danışıb

​Azərbaycanın Niderlanddakı səfiri Ermənistanın hərbi cinayətləri barədə danışıb
08:45 26.11.2022
189 Siyasət
A- A+

Azərbaycanın Niderland Krallığındakı səfiri Rəhman Mustafayev ölkənin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri ilə görüşüb.

Bu barədə diplomat "Tvitter"də bildirib.

"Niderland Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri cənab Rudmer Heerema və onun əməkdaşları ilə çox konstruktiv görüşümüz oldu. Ona münaqişədən sonrakı vəziyyət, Azərbaycanın mövqeyi, Ermənistanın törətdiyi hərbi cinayətlər barədə məlumat verdim. Niderland parlamentariləri ilə daha çox dialoqa ehtiyac var. Anlayışınız üçün təşəkkür edirik" – deyə azərbaycanlı diplomat qeyd edib.