C vitamini ilə zəngin olan kivi immunitetdə interfgeronları aktivləşdirir.
Həkim Yelena Solomatina kivinin təzyiq xəstələrinə faydasını açıqlayıb^
“Qışda müntəzəm olaraq, kivi yemək orqanizmi mövsümi viruslardan qoruyur. Orqanizmdə C vitamini əskik olanda, viruslara qarşı interferonların hasili az olur. Vitamin C ən güclü antioksidantdır. Antioksidantlar orqanizmdə iltihabın və qocalmanın qarşısını alır.
Eyni zamanda kivi bağırsağı işlədir, qəbizliyə qarşıdır. O qandan artıq xolesterini təmizləyir. Bu səbəbdən təzyiq xəstələri gündə 1-2 ədəd kivi yeməlidir. Çünki onda çox miqdar kaliy var, o isə yüngül sidikqovucu təsir edir. Bu zaman təzyiq düşür.
Kaliy ürək əzələsini bərkidir, artıq duzu çıxarır. Damarları rahatladır, sakitləşdirir”.