​BMT-nin Nayrobi şəhərindəki bölməsində Azərbaycanın Daimi Nümayəndəliyi yaradılıb

​BMT-nin Nayrobi şəhərindəki bölməsində Azərbaycanın Daimi Nümayəndəliyi
16:50 26.11.2022
171 Siyasət
A- A+

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin təsis edilməsi haqqında" qanunu imzalayıb.

Bununla da Azərbaycanın BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyi təsis edilib.

Dövlət başçısı eyni zamanda, Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etməlidir. Eyni zamanda bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

Azərbaycan Xarici İşlər Nazirliyi Daimi Nümayəndəliyin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.