​Keniyada Azərbaycan səfirliyi açılır - SƏRƏNCAM

​Keniyada Azərbaycan səfirliyi açılır -
16:20 26.11.2022
178 Siyasət
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin Keniyada (Nayrobi şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Nazirlər Kabinetinə müvafiq məsələ ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll edilməsi tapşırılıb.

Eyni zamanda Xarici İşlər Nazirliyi Təmsilçilik Ofisinin strukturunu və ştat cədvəlini təsdiq etməlidir.

Dövlət başçısı eyni zamanda, "Azərbaycan Respublikasının Keniya Respublikasında (Nayrobi şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanunu da təsdiqləyib.