​Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub - MN

​Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub -
10:00 27.11.2022
210 Siyasət
A- A+

Noyabrın 26-sı saat 22:35-dən noyabrın 27-si saat 08:37-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd, Füzuli, Tərtər və Ağdam rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə atəşə tutulub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.