​Atası ilə eyni gündə dəfn olunan şəhidin övladı dünyaya gəldi

​Atası ilə eyni gündə dəfn olunan şəhidin övladı
10:45 27.11.2022
238 Ölkə
A- A+

Sentyabrın 12-dən 13-ə keçən gecə düşmən təxribatı nəticəsində snayperlə vurularaq şəhid olan Vadim Qocayevin dünən övladı dünyaya gəlib.

Dünyaya göz açan şəhid balasına Zeyd adı verilib.

Qeyd edək ki, 1997-ci il təvəllüdlü şəhidimiz Qobustanın Sündü kəndindən idi. Bir qardaşı DSX-də xidmət edir, digəri isə əsgərdir.

Xatırladaq ki, hərbi qulluqçumuzun atası Alik Qocayev oğlunun nəşini gətirmək üçün Gəncəyə yollanan zaman infarkt keçirib və çatdırıldığı hospitalda dünyasını dəyişib.

Mənbə: Qafqazinfo