​Ukrayna Rusiya ordusunun Zaporojyedə xeyli itki verdiyini açıqlayıb

​Ukrayna Rusiya ordusunun Zaporojyedə xeyli itki verdiyini
11:00 27.11.2022
194 Siyasət
A- A+

Son sutka ərzində Ukrayna hərbçiləri Zaporojye vilayətinə effektiv zərbələr endirib.

Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının noyabrın 27-də səhər saatlarına olan xülasəsində bildirilir.

Məlumata görə, Noyabrın 25-də Zaporojye vilayətinin Melitopol, Pologi və Mixaylovka yaşayış məntəqələri yaxınlığında Rusiya ordusu ciddi məğlubiyyətə məruz qalıb.

"Rusiya ordusunda 100-dən çox insan yaralanıb, 10-a yaxın müxtəlif təyinatlı hərbi texnika və 2 sursat anbarı məhv edilib", - Baş Qərargahdan bildiriblər.