​Nikaraqua sahillərində 5,4 bal gücündə zəlzələ baş verib

​Nikaraqua sahillərində 5,4 bal gücündə
16:40 27.11.2022
189 Dünya
A- A+

Nikaraqua sahillərində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 973 min insanın yaşadığı Nikaraquanın paytaxtı Manaqua şəhərindən 75 km cənub-qərbdə, 61 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.