Böyük Britaniyanın mərhum kraliçası II Elizabetin ömrünün sonunda əziyyət çəkdiyi xəstəliyin adı açıqlanıb.
Bu barədə “İndependent” qəzeti teleaparıcı, yazıçı və kral ailəsinin dostu Giles Brandretin yeni kitabına istinadən yazır.
Məlumata görə, Britaniya kraliçası həyatının son aylarında çoxsaylı mieloma ilə mübarizə aparırdı.
Kitabda onun yorğunluğu, arıqlaması və həyatının son ilində hərəkət problemləri məhz sümük iliyi xərçəngi ilə izah olunur.
Bundan əvvəl kraliçanın qocalıqdan vəfat etdiyi bildirilirdi.