​Xırdalanda restoranda yanğın olub

​Xırdalanda restoranda
10:30 28.11.2022
213 Hadisə
A- A+

Xırdalanda restoranda yanğın olub.

 Fövqəladə Hallar Nazirliyinin saytının  xəbərinə görə, Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 360 m² olan birmərtəbəli restoranın mətbəxinin lambirdən ibarət tavanı 20 m² sahədə və bacasında yağ qalıqları yanıb. Restoranın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.