ABŞ istehlakçıları bu il “Qara Cümə”də onlayn alış-veriş zamanı 9,12 milyard dollar xərcləyiblər.
Məlumata əsasən, növbəti gün ümumi onlayn satışlar illik müqayisədə 2,3% artıb. Bu isə özünü xüsusilə elektronika sahəsində göstərib. Belə ki, bu məhsulların onlayn satışı əvvəlki il ilə müqayisədə 221% artıb. Digər populyar kateqoriya isə 285 % artımla oyuncaqlar, həmçinin 218 % artımla fitnes avadanlıqları olub
"İndi al, sonra ödə" kompaniyası ilə ödənişlər isə keçən həftə ilə müqayisədə 78% artıb.
Qeyd edək ki, "Qara Cümə"də smartfonların onlayn alışı da əvvəlki il ilə müqayisədə artıb.
Mənbə: Teknomers.com