“Aclıq heç vaxt silah kimi istifadə edilməməlidir”.
Bunu Ukrayna prezidenti Vladimir Zelenski Beynəlxalq Ərzaq Təhlükəsizliyi Sammitindəki çıxışında deyib.
“Ərzaq təhlükəsizliyi qlobal sabitliyin əsas elementlərindən biridir. Ukraynanın aparıcı rolu ən çox burada özünü göstərir. Üç Qara dəniz limanından taxıl ixracı təşəbbüsümüz sayəsində dünyanın 40 ölkəsinə təxminən 12 milyon ton ərzaq göndərmişik. Bu məbləğin iki milyon yarım tondan çoxu təkcə ərzaq qıtlığından əziyyət çəkən deyil, həm də ciddi böhran yaşayan ölkələr üçündür”, - deyə bildirib.
Mənbə: Hürriyet