İran lideri Ayətullah Əli Xamneyi nümayişlərin yatırılmasında iştirak edən İnqilab Keşikçiləri Ordusunun könüllü Besic milisini tərifləyib.
O bildirib ki, ABŞ fidyəni ödəməlidir.
"Üsyançılarla mübarizə Besicin ən mühüm vəzifələrindən biridir. İranın döyüş meydanı küçələrdəki bir ovuc üsyançı ilə məhdudlaşmır, lakin bu, üsyançılara məhəl qoymamaq demək deyil. İstənilən üsyançı və terrorçu cəzalandırılmalıdır", - Xamneyi bildirib.
Ölkədə baş verən hadisələri “Qərbin İrana etdiyi təzyiqlərin bir hissəsi” kimi dəyərləndirən Xamenei deyib: "Danışıqlar ABŞ ilə problemlərimizi həll etməyəcək. Yalnız bir şey ABŞ ilə problemimizi həll edə bilər, o da pul ödəməkdir. Lakin bu, təkcə bir fidyə deyil, daimi fidyə tələbi ola bilər”.
Mənbə: Tgrt haber