​Qarabağda yenidən müharibə başlaya bilər: "Əgər belə davam etsə..." - Politoloq

​Qarabağda yenidən müharibə başlaya bilər:
13:08 28.11.2022
243 Siyasət
A- A+

“Təxribatların həyata keçirilməsində, bölgənin münaqişəyə cəlb olunmasında maraqlı qüvvələr var. Biz bu qüvvələrin xain planlarını həyata keçirmək üçün daha da irəli getdiklərini görürük”.

Sulh.info.az xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında politoloq Turab Rzayev bildirib:

“Məsələn, sülh prosesinin dayandırılması, bu proseslə bağlı Paşinyanın Makronu ora cəlb etməsinə dair son açıqlaması və s. əslində sülh prosesini baltaladı. Bununla da bölgədə artıq sülhün önü bağlayır və müharibəyə yol açılmağa çalışırlar. Eyni şəkildə Putinin də iştirak etdiyi sonuncu KTMT iclasının əsas məqsədlərindən biri Ermənistanı ürəkləndirmək, onun yanında olduğunu göstərmək və onları Azərbaycana qarşı müharibəyə başlamağa təhrik etmək idi.

Düşünürəm ki, Paşinyan bunu etmək istəməyəcək. Çünki 44 günlük müharibədə erməni ordusu demək olar ki, tamamilə dağıdıldı. Ona görə də, indiki dövrdə Paşinyanın Azərbaycan qarşı belə bir avantüraya imza atmadığını gördük. Ehtimal ki, orada Putinlə fikir ayrılığı da məhz buna görə baş verib. Ancaq biz paralel olaraq, sülhməramlılar tərəfindən həyata keçirilən təxribatların da şahidi oluruq. Güya bildirilir ki, Azərbaycan atəşkəs rejimini pozur, erməni əhalisini, erməni silahlı dəstələrini və rus sülhməramlılarını atəşə tutur. Onlar təxribatları artırmaqla bölgədə münaqişə ocağı yaratmağa çalışırlar”.

Onun sözlərinə görə, Azərbaycan istəyir ki, münaqişə sülh yolu həll olsun, amma mövcud vəziyyət davam edərsə, kiçik əməliyyatlar həyata keçirə bilər:

“Aydın məsələdir ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Ancaq Ermənistanın Brüssel prosesini baltalamasından sonra Azərbaycan məcbur olub sülhməramlılara qarşı öz şərtlərini qoya bilər. Onlar ya sülh bəyanatının şərtlərini yerinə yetirməli, ya da həmin ərazini tərk etməlidirlər. Ola bilsin ki, Azərbaycan sadəcə qarşı tərəfin niyyəti ilə barışmadığını göstərmək üçün “Fərrux”, “Sərsəng su anbarı”, “Babadağ” əməliyyatları kimi  əməliyyatlar edə bilər”.

Fidan Ali / Sulh.info.az