​Vilayət Eyvazovdan yeni TƏYİNAT

​Vilayət Eyvazovdan yeni
17:30 28.11.2022
191 Hadisə
A- A+

Daxili İşlər Nazirliyində (DİN) yeni kadr təyinatı olub.

Bakı Şəhər Baş Polis İdarəsində baş müstəntiq vəzifəsində çalışan polkovnik-leytenant Rüfət Allazov vəzifəsindən azad olunub. Bu barədə nazir Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin digər əmri ilə R.Allazov DİN-in Katibliyinin rəis müavini təyin olunub.

Qeyd edək ki, DİN-in Katibliyi baş idarə statusundadır və nazirliyin inzibati işlərinin təşkilini həyata keçirir.

Mənbə: Qafqazinfo