​"Azərbaycan ABŞ-ın regiondakı vacib tərəfdaşıdır" - Pentaqon

​
10:40 29.11.2022
188 Siyasət
A- A+

Azərbaycan ABŞ-ın regiondakı vacib tərəfdaşıdır.

Bu, ABŞ Birləşmiş Baş Qərargahlarının Azərbaycanın Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin səfəri və keçirdiyi görüşləri ilə bağlı bəyanatında qeyd olunub.

Bildirilib ki, Birləşmiş Baş Qərargahların rəisinin birinci müavini Kristofer Qreydinin general-polkovnik Kərim Vəliyevlə görüşü zamanı regional təhlükəsizlik məsələləri və ikitərəfli əlaqələr müzakirə edilib.