“Bəzi ölkələr “siyasi səbəblərə görə” Kiyevə kifayət qədər miqdarda silah satmaq istəmir”.
Bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba bildirib.
Ukraynanın xüsusilə hava hücumundan müdafiə sistemləri və tanklarına ehtiyacı var. Onun sözlərinə görə, indi silah təchizatı məsələsi ən kəskin olaraq qalır.
“Biz bir faktı da etiraf etməliyik: dünyada Ukraynanın ehtiyacı olan ölkələr var, lakin siyasi səbəblərə görə onu kifayət qədər satmaq fikrində deyillər”, - deyə o bildirib.
Kulebanın fikrincə, Kiyev bu ölkələri inandırmağa çalışmaq üçün "aylar sərf etmək" əvəzinə, öz silah istehsalına başlamalıdır.
Mənbə: Politico