​Müəllimlər və şagirdlər üçün ictimai nəqliyyatın pulsuz olması təklif edilir

​Müəllimlər və şagirdlər üçün ictimai nəqliyyatın pulsuz olması
11:54 29.11.2022
202 Sosial
A- A+

Azərbaycanda müəllimlər və şagirdlər üçün ictimai nəqliyyat gündə heç olmasa 2 dəfə pulsuz olmalıdır.

Bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Naqif Həmzəyev çıxış edib.

O deyib ki, Bakıda tıxac problemi qismən həll olunması üçün ictimai nəqliyyatda avtobusların sayı artırılmalıdır.

“Biz payız tətilində gördük ki, Əhmədlidən paytaxtın mərkəzinə 15 dəqiqəyə gəlmək olur”, - deputat bildirib.