​Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu

​Azərbaycanın axtarışa verdiyi şəxs
12:10 29.11.2022
197 Hadisə
A- A+

Azərbaycanın İnterpol vasitəsilə beynəlxalq axtarışa verdiyi şəxslərdən biri tutulub.

Cinayət Məcəlləsinin 179-cu (Mənimsəmə və ya israf etmə) maddəsi ilə ittiham olunan 1992-ci il təvəllüdlü Elnur Salamzadə Rusiya Federasiyası ərazisində saxlanılıb.

Onun Azərbaycana ekstradisiya edilməsi məqsədilə tədbirlər görülür.

Qeyd edək ki, E.Salamzadə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə axtarışa verilib.