​Azərbaycan və Hindistan arasında siyasi məsləhətləşmələr keçirilib

​Azərbaycan və Hindistan arasında siyasi məsləhətləşmələr
12:20 29.11.2022
193 Siyasət
A- A+

Azərbaycan və Hindistan Xarici İşlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələr keçirilib.

Bu barədə Hindistan XİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, noyabrın 28-də Nyu-Delhidə Hindistan və Azərbaycan Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin beşinci raundu baş tutub.

Hindistan nümayəndə heyətinə Hindistan XİN-in katib Şri Sanjay Vermanın, Azərbaycan nümayəndə heyətinə isə xarici işlər nazirinin müavini Elnur Məmmədov rəhbərlik edib.

Müzakirələr Hindistan-Azərbaycan ikitərəfli münasibətlərini, həmçinin siyasi, ticarət-iqtisadi, konsulluq, mədəniyyət və təhsil məsələlərini əhatə edib.

Regional məsələlər, BMT və digər çoxtərəfli qurumlar çərçivəsində əməkdaşlıq haqqında da fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki 28 iyul 2016-cı il tarixində Bakıda iki ölkənin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin 4-cü raundu keçirilib.

“İki ölkə müxtəlif sahələrdə, xüsusilə ticarət, ticarət və enerji sektorunda əməkdaşlığı uğurla şaxələndirib. İkitərəfli ticarət dəfələrlə artıb və bu gün təxminən 1 milyard ABŞ dolları təşkil edir (yanvar-sentyabr 2022). Azərbaycan Hindistanın mühüm xam neft tədarükçüsüdür. "ONGC Videsh Limited" kompaniyası Azərbaycanın karbohidrogen sektorunda əhəmiyyətli maraqlara malikdir. Azərbaycanda 1400-ə yaxın hindistanlı yaşayır. Azərbaycan hər il çox sayda hindistanlı turistləri cəlb edir”, - Hindistan XİN-dən bildirilib.