​İmpuls kontrol nədir və əlamətləri nələrdir? - Psixoloq AÇIQLADI

​İmpuls kontrol nədir və əlamətləri nələrdir? -
14:08 29.11.2022
338 Sosial
A- A+

“İmpuls kontrol pozuntusu insanın özünü idarə edə bilməməsi, etik olmayan ifadələri işlətməsi, özünü cəmiyyətdə apara bilməməsi kimi dəyərləndirilir”.

Sulh.info.az xəbər verir ki, bu sözləri impuls kontrol pozuntusu ilə bağlı saytımıza açıqlamasında kliniki-psixoloq Gülşən Rüstəmova bildirib:

“Bəzən isə impuls kontrol pozuntu sırf manialarla dəyərləndirilir. Burada oğurlamaq, icazəsiz nəyisə götürmək, ardıcıl yanğınlar törətmək, cəmiyyətə ziyan vermək, hətta verdiyi ziyandan zövq almaq nəzərdə tutulur. Problem zamanı bir neçə mərhələ özünü göstərir. Birinci mərhələdə təşviq edilmə meydana gəlir və daxildə yaranır. Təşviqedici mərhələnin inkişaf etməsinin müxtəlif səbəbləri var. Bura insanın genetik faktorları, yaşadığı mühiti, travmaları daxildir.

Psixoloqa müraciət edərək, pozuntunun baş verməsi haradan başladığını müəyyən etmək vacibdir. Çünki problemin mahiyyətini dərk edən zaman müalicəsini rahat şəkildə aparmaq mümkün olur”.

Onun sözlərinə görə, bu problemlə mübarizə aparan insanlarda bir müddət sonra eyforiyaya qapılma müşahidə olunur:

“Bu pozğunluğu yaşayan insanlar hadisəni törətdikdən sonra eyforiyaya qapılır və növbəti mərhələdə isə artıq beynində buna təlabat yaranır. Psixoloqa müraciət edərək medicamentoz müalicə, psixoloji terapiyalar və s. həyata keçirmək lazımdır.

Ən çox istifadə etdiyimiz üsullar əvəzetmə üsulları olur. Yönləndirmə və təşviq zamanı qaçınmaq üsullarını insanlara aşılayırıq. Qeyd etdiyim kimi, bu problemlə mübarizə aparmaq üçün ilk olaraq onun fərqinə varmaq lazımdır”.

Fidan Ali / Sulh.info.az