​Paytaxtın bu küçəsi təmir edilir - VİDEO

​Paytaxtın bu küçəsi təmir edilir -
13:50 29.11.2022
173 Hadisə
A- A+

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Suraxanı rayonunun Zığ qəsəbəsində İdris Süleymanov küçəsini təmir edir.

Bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, uzunluğu 1 000, eni ortalama 6 metr olan adıçəkilən küçənin yenidənqurma işləri çərçivəsində yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri, yeni yol yatağının və yolun profilə salınması işləri görülüb.

Hazırda ərazidə yeni asfalt-beton örtüyü döşənir, yeni yağış barmaqlıqları quraşdırılır, yeraltı kommunikasiya xətlərinin baxış qapaqları layihə hündürlüyünə qaldırılır.

Bu il rayon üzrə təmir olunan küçə və yolların ümumi uzunluğu 12,5 kilometr təşkil edir.