​"Ermənistanla normallaşma prosesi müsbət şəkildə davam edir" - Ərdoğanın sözçüsü

​
14:20 29.11.2022
170 Siyasət
A- A+

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi müsbət şəkildə davam edir.

Bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

O qeyd edib ki, yaxın zamanda qarşılıqlı olaraq iki ölkə vətəndaşlarının pasportla sərhədi keçə bilməsi baş tuta bilər.

“Avqust ayında müəyyən təxribatlar oldu, Azərbaycan addımlar atdı. İndi (sülh danışıqları - red.) normal gedir. 30 ildir qurulmayan təmaslar qurulub, bu, çox vacibdir”, - İbrahim Kalın əlavə edib.

Mənbə: APA