​Bakı sakininin 5 min manatlıq telefonu oğurlanıb

​Bakı sakininin 5 min manatlıq telefonu
14:30 29.11.2022
166 Hadisə
A- A+

Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə Bakı şəhər sakini Q.Soltanovun 1000 manatının və 5000 manat dəyərində mobil telefonunun qeyri-aşkar şəraitdə oğurlaması barədə məlumat daxil olub.

DİN-dən  verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Qobustan rayon sakini, əvvəllər məhkum olunmuş Şahnəsib Ağayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.