“Kiyev siyasi iradə nümayiş etdirərsə, Rusiya və Ukrayna danışıqları bərpa edə bilər”.
Bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib ki, Ukrayna hakimiyyəti də Moskvanın tələblərini müzakirə etməyə hazır olduqlarını bildirməlidir.
Peskovun sözlərinə görə, indi "hər hansı bir danışığın aparılması mümkün deyil, çünki Ukrayna tərəfi onları qəti şəkildə inkar edir".
Mənbə: Kommersant