​Yevlaxda 3 otaqlı ev yanıb

​Yevlaxda 3 otaqlı ev
09:40 30.11.2022
178 Hadisə
A- A+

Yevlaxda evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin saytının xəbərinə görə, Kövər kəndində ümumi sahəsi 156 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 60 m² sahədə və dam örtüyü yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.