Sabiq deputat, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli xarici ölkədən Azərbaycana qayıdarkən Bakıda hava limanında saxlanılıb.
Bu barədə G.Hacıbəyli özü məlumat verib.
G.Hacıbəyli bildirib ki, Nəsimi Rayon Polis İdarəsinin tələbi ilə ölkəyə giriş-çıxışına məhdudiyyət qoyulub. Ona qarşı 147.2-ci maddə ilə xüsusi ittiham qaydasında iş açıblar.