​"Putin qışdan “silah kimi istifadə edir” - Yens Stoltenberq

​
11:38 30.11.2022
186 Dünya
A- A+

"Rusiya lideri Putin qışdan “silah kimi istifadə edir”.

Bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

NATO ölkələrinin xarici işlər nazirləri Rumıniyanın paytaxtı Buxarestdə bir araya gələrək müxtəlif məsələləri, xüsusilə Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya dəstək məsələsini müzakirə ediblər.

“Prezident Putinin Ukraynaya vəhşicəsinə hücumundan sonra gördük ki, bu, Ukraynada uğursuzluğa düçar oldu. Ona görə də biz Ukraynanı dəstəkləməliyik, çünki prezident Putinin qışdan müharibə silahı kimi istifadə etməyə çalışdığını görürük”, - o, əlavə edib.

Mənbə: Milliyet