Şəmkirdə elektrik stansiyasında yanğın baş verib.
Hadisə rayonun Dəllərcəyir elektrik yarımstansiyasında qeydə alınıb. Belə ki, "Azərişığ"a məxsus Dəllərcəyir yarımstansiyasında transformatorda anidən yanğın başlayıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsinin canlı qüvvəsi və yanğınsöndürən avtomobilləri cəlb olunub. Yaxınlıqda olan transformatorlar yanğından mühafizə olunub.
Yanğın söndürülüb, hadisənin başvermə səbəbləri araşdırılır.
Qeyd edək ki, stansiyanın əhatə etdiyi ərazilərdə elektrik enerjisinin verilməsi dayandırılıb.
Mənbə: Qafqazinfo