​Klaustrofobiya nədir və əlamətləri nələrdir? - Psixoloq AÇIQLADI

​Klaustrofobiya nədir və əlamətləri nələrdir? -
16:18 30.11.2022
493 Sosial
A- A+

Klaustrofobiya kapalı yerlərdə olmaqdan qorxmaq yaxud da həyəcanlanmaq deməkdir. Bu problemlə mübarizə apara insan sanki heç bir çıxış yolu tapa bilmir, boğulacağını düşünür”.

Sulh.info.az xəbər verir ki, bu sözləri saytımıza açıqlamasında psixoloq Vəfa Əkbər bildirib:

“Məsələn, liftdə, hər hansısa bir pəncərəsiz otaqda, metroda olması onun həyəcanlanmasına və mövcud vəziyyətdən narahat olmasına səbəb olur. Həmin şəxsdə “buradan çıxa bilməyəcəm” düşüncəsi formalaşır. Bu zaman insanda baş gicəllənməsi, əsmə, ürək döyüntüsü, nəfəs daralması, ölüm qorxusu, huşunu itirmə kimi əlamətlər özünü göstərir, şəxs bir növ reallıqdan uzaqlaşır.

Aparılan tədqiqatlar nəticəsində sübut olunub ki, çox vaxt klaustrofobiya insanın aldığı travmalardan sonra yaranır. Bu həmin insanın qapalı məkanda olmasından və orada oksigen çatışmazlığından qaynaqlanır. Klaustrofobiya eyni zamanda uşaqlıqda fiziki şiddətə məruz qalmış insanlarda da özünü göstərir”.

Onun sözlərinə görə, klaustorfobiya əsasən 25 yaşdan sonra özünü göstərir:

“Problemin müalicəsində koqnitiv davranış terapiyasından istifadə olunur. Bu zaman həmin insanın düşüncəsini, davranışını və duyğularını dəyişmək olur. Bu tip müyainə üsulunun tətbiqi nəticəsində şəxs artıq qorxularından azad olur.

Klaustrofobiyaya daha çox 25-35 yaş aralığında olan insanlarda rast gəlinir”.

Fidan Ali / Sulh.info.az