​Volodin Türkiyəyə səfər edəcək

​Volodin Türkiyəyə səfər
21:40 30.11.2022
201 Siyasət
A- A+

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxovu qəbul edib.

Şentop bu barədə “Twitter“ hesabında məlumat paylaşıb.

O qeyd edib ki, görüşdə Türkiyə ilə Rusiya arasındakı münasibətlər müzakirə olunub.

Bundan əlavə, görüş əsnasında Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Türkiyəyə səfər edəcəyi bildirilib.