​Riker Qaribaşvili ilə Gürcüstanın Azərbaycanla Ermənistan arasında vasitəçilik rolunu müzakirə edib

​Riker Qaribaşvili ilə Gürcüstanın Azərbaycanla Ermənistan arasında vasitəçilik rolunu
10:50 01.12.2022
186 Siyasət
A- A+

Tbilisidə səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

Məlumatı Baş nazirin mətbuat xidməti yayıb. Bildirilib ki, görüşdə ABŞ və Gürcüstan arasında strateji əməkdaşlığa dair müzakirələr aparılıb.

Məlumatda qeyd olunub ki, söhbət zamanı Cənubi Qafqazda təhlükəsizlik vəziyyətinə və Gürcüstanın Ermənistan və Azərbaycan arasında vasitəçilik roluna da toxunulub.

Qeyd olunub ki, İ. Qaribaşvili müzakirələrin istənilən münaqişənin həlli və irəliyə addım üçün yeganə yol olduğunu deyib.

Görüşdə ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan da iştirak edib.