​Masallıda avtomobil qadını vuraraq öldürüb

​Masallıda avtomobil qadını vuraraq
11:05 01.12.2022
175 Hadisə
A- A+

Noyabrın 30-da saat 21 radələrində Masallı şəhəri ərazisində şəhər sakini İ.Paşayev idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən həmyerlisi Fatma Əliyevanı vurub.

DİN-dən verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Masallı Rayon Polis Şöbəsində araşdıma aparılır.