​Müğənni toyundan iki gün keçməmiş vəfat etdi

​Müğənni toyundan iki gün keçməmiş
11:20 01.12.2022
179 Hadisə
A- A+

Amerikalı müğənni Ceyk Flint toyundan bir gün yarım müddət keçdikdən sonra vəfat edib.

37 yaşlı ifaçı yuxuda olarkən dünyasını dəyişib. Onun hansı səbəbdən öldüyü hələlik bəlli deyil.

Bu barədə Ceykin həyat yoldaşı Brenda sosial media hesabında yazıb:

"Biz toy şəkillərimizə baxmalı idik, amma bunun əvəzinə onu dəfn edəcəyim paltarı seçməliyəm. Ürəyim parçalandı, onu geri qaytarmaq istəyirəm. O mənə burada lazımdır”.

Qeyd edək ki, bir çox hitlərin müəllifi olan ifaçı 2018-ci ildə "Tulsa Music Awards"da "İlin artisti" seçilib.

Mənbə: Axsam.az