​Türkiyə kəşfiyyatı 5 İŞİD-çini ələ keçirdi

​Türkiyə kəşfiyyatı 5 İŞİD-çini ələ
18:40 01.12.2022
192 Siyasət
A- A+

Türkiyə xüsusi xidmət orqanları Suriyanın şimalında keçirdiyi əməliyyat zamanı beş İŞİD terrorçusunu yaxalayıb.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

“Türkiyə Milli İstehbarat Təşkilatı Suriyanın şimalında hüquq-mühafizə orqanları ilə birlikdə İŞİD terror təşkilatının 5 silahlısının saxlanılması üçün əməliyyat keçirib. Həbs edilənlər arasında “Sülh çeşməsi” əməliyyat zonasındakı İŞİD liderlərindən biri Abu Səif Tadmuri (Əbu Dyucan/ Məhəmməd Xalid Əli ləqəbli) də olub”, - məlumatda bildirilib.

Qeyd olunur ki, saxlanılan yaraqlılardan bəziləri sui-qəsd cəhdlərində iştirak edib, yaxud partlayıcı qurğuların hazırlanmasında günahkardır.