​Şuşanın Daşaltı kəndində yanacaq yüklü maşın aşıb, ölən var

​Şuşanın Daşaltı kəndində yanacaq yüklü maşın aşıb,
10:45 02.12.2022
179 Hadisə
A- A+

Dekabrın 1-də saat 10 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində Biləsuvar rayon sakini Nadir Kazımovun idarə etdiyi yükü yanacaq olan “Mercedes” markalı avtomobil aşıb.

Bu barədə DİN-dən məlumat verilib. Məlumata görə, nəticədə sürücü hadisə yerində ölüb. Dağılan yanacaq yoldan təmizlənib.

Şuşa Rayon Polis Şöbəsində araşdırma aparılır.