​Ceyhun Bayramov şimali makedoniyalı həmkarı ilə görüşüb

​Ceyhun Bayramov şimali makedoniyalı həmkarı ilə
12:40 02.12.2022
186 Siyasət
A- A+

Ceyhun Bayramov Polşanın Lodz şəhərində keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirakı çərçivəsində Şimali Makedoniyadan olan həmkarı Bujar Osmani ilə görüşüb.

O, bu barədə tviter səhifəsində yazıb.

C.Bayramov bildirib ki, görüş zamanı ikitərəfli münasibətlər və qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.